13:36 02-08-2020
news_image
198
FUTBOL

İnfantino vəzifəsində qalacaq – istintaq müddətində

FİFA prezidenti Canni İnfantino İsveçrə prokurorluğunun onunla bağlı apardığı istintaq müddətində vəzifəsindən kənarlaşdırılmayacaq.

Apasport.az saytının məlumatına görə, bu, qurumun bəyanatında əks olunub.

FİFA İnfantinonun postunda qalmasına əngəl olmadığını açıqlayıb: “Prezidentin öz səlahiyyətlərini icra etməsinə heç kim mane olmur. Ö, özünün FİFA-dakı funksiyalarını tam yerinə yetirməyə davam edir”.

Qeyd edək ki, İsveçrə prokurorluğu 2016-cı ilin fevralında FİFA prezidenti seçilən İnfantino ilə bağlı araşdırmaya başladığını iyulun 30-da açıqlayıb.