14:13 02-08-2020
news_image
290
FUTBOL

“Beşiktaş”ın hədəfindəki hücumçu - Pukki

Türkiyənin “Beşiktaş” klubu mövsümlərarası fasilədə hücumçu almaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, İstanbul klubu finlandiyalı Teemu Pukkinin transferində maraqlıdır.

İngiltərənin “Norviç” klubu Premyer Liqanı tərk etdiyindən skandinaviyalı da komandadan ayrılmaq niyyətindədir. “Bernli”nin də maraq dairəsində olan Pukki müqavilə ilə 2022-ci ilədək komandasına bağlıdır. Bu üzdən onu heyətinə qatmaq istədiyi klub “Norviç”lə transfer məbləğində razılaşmalıdır.

Qeyd edək ki, Pukki başa çatan mövsümün 38 oyununda 11 qol vurub.