
00:44
İngiltərənin “Mançester Yunayted” klubu yeni qapıçı almaqda maraqlıdır.
Apasport.az saytının məlumatına görə, ispaniyalı Devid De Xeadan narazı olan baş məşqçi Ole-Qunnar Sulşer “Lester”in danimarkalı qolkiperi Kasper Şmeyxeli komandasında görmək istəyir.
Mütəxəssis vaxtilə futbolçu kimi çiyin-çiyinə çıxış etdiyi əfsanəvi qapıçı Peter Şmeyxelin oğlunu Mançesterə gətirmək istəyir. 1991-99-cu illərdə Çempionlar Liqası və 5 çempionluq yaşayan veteranın 33 yaşlı davamçısı 2011-ci ildən “Lester”in formasını geyinir.
Qeyd edək ki, Kasper başa çatan mövsümün ümumilikdə 44 oyununda 48 qol buraxıb. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatır.