11:31 03-08-2020
news_image
269
FUTBOL

“Bütün rəqiblərimiz çətindir” – Monteneqronun baş məşqçisi

“Bəziləri bizim qrupun favoriti olduğumuzu deyir. Amma biz belə düşünmürük”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro milli komandasının baş məşqçisi Faruk Hacibeqiç deyib.

63 yaşlı bosniya və herseqovinalı mütəxəssis gələn ay start götürəcək Millətlər Liqası barədə fikirlərini açıqlayıb. O, Azərbaycan, Kipr və Lüksemburqla birgə yer aldıqları C liqasını 1-ci qrupunda gərgin mübarizə olacağını qeyd edib: “Əgər C liqasındayıqsa, hansısa rəqibə qarşı favorit ola bilmərik. Təkcə Lüksemburqu götürsək, bu ölkənin klubu avrokuboklarda qrupa düşüb. Buna görə də əvvəldən kimisə favorit adlandırmaq olmaz. Əvvəl Monteneqronun yaxşı oyunçuları var idi, amma Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilmirdi. Nikbinəm. “Əvvəl tullan, sonra hop de” prinsipinə sadiq qalıram. Bizim qrupda bütün komandalar çətindir”.

Qeyd edək ki, Millətlər Liqasının C liqasının 1-ci qrupunda oyunlar sentyabrın 5-də başlayacaq.