11:58 03-08-2020
news_image
161
FUTBOL

30 milyonluq təklif – PSJ-nin müdafiəçisi üçün

İngiltərənin “Everton” klubu heyətinə yeni müdafiəçi qatmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi PSJ-nin futbolçusu Kolin Daqba ilə müqavilə bağlamaq istəyir.

İngiltərəlilər 21 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır. Klub rəhbərliyi müdafiəçi ilə bağlı rəsmi təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Daqba Liqa1-də cəmi 10 oyun keçirib.