20:55 03-08-2020
news_image
492
FUTBOL

"Səbail"ə "2" verdi - “Keşlə”

Azərbaycan Premyer Liqasının yeni mövsümünə hazırlaşan klubların iştirakı ilə daha bir oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, Qəbələdə toplanışda olan “Səbail” və “Keşlə” yoxlama matçında üz-üzə gəliblər.

Paytaxt təmsilçilərinin duelində Avropa Liqasına hazırlaşan “Keşlə” qalib gəlib. Tərlan Əhmədovun yetirmələri iki cavabsız qolla qələbə qazanıb.

Qeyd edək ki, öncə “Qarabağ”a 1:3 hesabı ilə uduzan, ardınca “Zirə”yə 1:0 hesabı ilə qalib gələn “Keşlə” üçün bu matç üçüncü sınaq olub. “Qəbələ”ni məğlub edən (2:1) “Səbail” isə ikinci yoxlama görüşünə çıxıb. 

Yoxlama oyunu
3 avqust
19:00. “Səbail” – “Keşlə” – 0:2

Şəhriyar Əliyev, Vüsal İsgəndərli