21:01 03-08-2020
news_image
249
STOLÜSTÜ OYUNLAR

15 yığma III diviziona yüksəldi - Olimpiadada

FİDE-nin təşkil etdiyi sürətli şahmat üzrə onlayn Olimpiadada daha bir divizionda mübarizə başa çatıb.

Apasport.az saytının məlumatına görə, 50 komandanın 5 qrupda mübarizə apardığı IV divizionun ən yaxşıları müəyyənləşib.

Hər qrupda ilk üç yeri tutan yığma III diviziona vəsiqə qazanıb. Bunlar Honqkonq, Tailand, Çin Taypeyi, Suriya, Malta, Mozambik, Mavritaniya, Livan, Nigeriya, Anqola, Surinam, Puerto Riko, Nikaraqua, Honduras və Yamaykadır. Bu komandalar nisbətən yüksək reytinqli 35 yığma ilə III divizionda mübarizə aparacaq. 

Qeyd edək ki, bundan əvvəl Baza divizionunda da mübarizə başa çatıb. Azərbaycan millisi ən güclülərin yer aldığı Top-divizionda çıxış edəcək.