22:55 03-08-2020
news_image
240
FUTBOL

“İnter”ə hansı şərtlərlə keçir? - Sançes

Çilili futbolçu Aleksis Sançesin İtaliya “İnter”inə hansı şərtlərlə keçəcəyi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, cənubi amerikalı A seriyası təmsilçisinə azad agent kimi keçəcək.

Bunun üçün 31 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu “Mançester Yunayted”lə anlaşmanı pozacaq. Bu, İngiltərə təmsilçisinə oyunçunun maaşında 60 milyon avro qənaət etmək imkanı verəcək.

Sançes “İnter”lə 3 illik müqavilə imzalayacaq. O, ildə 7 milyon avro qazanacaq.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında “İnter”də keçirən Alakesis A seriyasının 22 matçında 4 qol vurub.