10:18 04-08-2020
news_image
161
FUTBOL

“Milan”ın hədəfindəkilər – İngiltərədə

İtaliyanın “Milan” klubu İngiltərədə çıxış edən iki futbolçunu heyətinə qatmaq istəyir.

Apasport.az saytının məlumatına görə, bunlardan biri “Tottenhem”in futbolçusu Serj Oryedir.

Londonlular da onu satmağa razıdır. Premyer Liqa təmsilçisi oyunçusu üçün 23 milyon funt sterlinq tələb edir. Milanlılar müqaviləsi 2022-ci ilin yayında başa çatacaq futbolçu üçün yalnız 12 milyon ödəməyə hazırdır.

A seriyası təmsilçisi “Uiqan”ın müdafiəçisi Antoni Robinsona da elçi düşüb. 22 yaşlı futbolçunun daha ucuz - 3-4 milyona əldə etmək mümkün olacaq. Onun da müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.