11:34 04-08-2020
news_image
142
FUTBOL

“Barselona”nın futbolçusu Premyer Liqa klubuna keçir – 20 milyona

İspaniya “Barselona”sının futbolçusu Martin Braytveyt karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı danimarkalı hücumçunun xidmətində “Vest Hem” maraqlıdır.

Premyer Liqa təmsilçisi transferlə bağlı ispaniyalılarla danışıqlar aparır. Keçidin 20 milyon avroya başa gələcəyi gözlənilir.

Qeyd edək ki, Brayveyt bu ilin fevralında keçdiyi “Barselona” ilə 2024-cü ilin yayan qədər nəzərdə tutulan müqavilə bağlayıb. O, keçirdiyi 11 oyunda 1 qol vurub.