12:52 04-08-2020
news_image
197
FUTBOL

Rumıniyaya gedir? - Balotelli

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli karyerasını Rumıniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Breşiya”dan ayrılan qalmaqallı hücumçu ÇFR-in maraq dairəsinə düşüb.

Ölkə çempionu olan Kluj təmsilçisi 29 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Balotelli azad agent statusuna malik olsa da, ÇFR üçün futbolçunun maliyyə tələblərini ödəmək asan olmayacaq. Ötən mövsümə 1 milyon avro qazanan Mario rumıniyalılardan da yüksək maaş tələb edəcək.

Qeyd edək ki, hücumçu A seriyasının son mövsümündə 19 oyuna 5 qol vurub.