14:04 04-08-2020
news_image
169
FUTBOL

“Yuventus”dan PSJ-yə getmək istəyib - Kriştiano Ronaldo

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo mövsümün gedişində komandanı tərk etməyə yaxın olub.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı ulduz ötən ilin payızında belə addım atmaq istəyib.

Buna Çempionlar Liqasının qrup mərhələsinin Rusiya “Lokomotiv”i ilə matçı (2:1) səbəb olub. Turin təmsilçisinin zəif oyunu Ronaldonu qəzəbləndirib.

35 yaşlı hücumçu görüşdən sonra narazılığını klub rəhbərliyinə bildirib. O, komandadan ayrılıb PSJ-yə getmək istədiyini deyib.

Qeyd edək ki, “Yuventus” Çempionlar Liqasının 1/8 finalında “Lion”la cavab matçına çıxacaq. İlk oyunda fransalılar 1:0 hesabı ilə məğlub edib.