22:47 04-08-2020
news_image
177
FUTBOL

“Bayer” qapıçı tapdı – “Roma”da

Almaniyanın “Bayer” klubunun heyətinə qatmaq istədiyi futbolçu bəlli olub.

Apasport.az saytının məlumatına görə, Leverkuzen təmsilçisi İtaliya “Roma”sında çıxış edən Robin Olseni transfer etmək istəyir.

O, son dövrlərdə icarə əsasında “Kalyari”nin formasını geyinib. 30 yaşlı qolkiper “Roma”ya lazım olmayıb.

Qeyd edək ki, Olsen İtaliyaya qədər Danimarka, Yunanıstan və İsveçdə çıxış edib.