00:54 06-08-2020
news_image
1590
FUTBOL

"Başakşəhər" mübarizəni dayandırdı, 1/4 finala yüksələn 4 klub dəqiqləşdi – YENİLƏNİB

Bu ilin martında koronavirus pandemiyası üzündən dayandırılan avrokuboklar bərpa olunub.

Apasport.az saytının məlumatına görə, bu gün Avropa Liqasında 1/8 final mərhələsinin qalan oyunları start götürüb.

Azarkeşsiz keçirilən qarşılaşmalar koronavirus qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Türkiyənin “Başakşəhər” klubu Danimarkada “Kopenhagen”in qonağı olub. Evdə 1:0 hesablı qələbə qazanan istanbullular səfərdə darmadağına üzülərək mübarizəni dayandırıblar.

Digər qarşılaşmada “Şaxtyor” “Volfsburq”u qəbul edib. Ukrayna çempionu Almaniyada olduğu kimi, evdə də qələbə qazanaraq 1/4 finala yüksəlib.

İlk oyunda LASK-a 5 cavabsız qol vuran “Mançester Yunayted” Avstriya təmsilçisini qəbul edib. Bu dəfə də qalib gələn İngiltərə klubu 1/4 finala yüksəlib.

Günün digər qarşılaşması Almaniyada təşkil olunub. İlk oyunu baş tutmayan “İnter”lə “Xetafe” növbəti mərhələyə vəsiqənin sahibini tək matçda müəyyənləşdirib. Qalib gələn italiyalılar turu adlayıb.

Bu görüşlərdən sonra 1/4 finalın ilk cütü dəqiqləşib. Avqustun 10-dakı görüşdə “Mançester Yunayted”lə “Kopenhagen” qarşılaşacaq. Digər cütlər ikinci oyun günündən sonra bilinəcək.

Qeyd edək ki, 1/8 finalın son 4 oyunu avqustun 6-da keçiriləcək.

Avropa Liqası
1/8 final

5 avqust
Cavab oyunları

20:55. “Kopenhagen” (Danimarka) - “Başakşəhər” (Türkiyə) - 3:0
Qollar: Vind, 4, 55, Falk, 62
Baş hakim: Daniele Orsato (İtaliya)
Kopenhagen. “Parken” stadionu
İlk oyun – 0:1

20:55. “Şaxtyor” (Ukrayna) - “Volfsburq” (Almaniya) - 3:0
Qollar:
Morales, 89, 90+1, Solomon, 90
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Kiyev. Olimpiya stadionu
İlk oyun – 2:1

23:00. “Mançester Yunayted” (İngiltərə) - LASK (Avstriya) - 2:1
Qollar:
Linqard, 57, Marsial, 88 – Viesinqer, 55
Baş hakim: Anastasios Sidiropulos (Yunanıstan)
Mançester. “Old Trafford” stadionu
İlk oyun – 5:0

Tək oyunlu cüt

23:00. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) - 2:0
Qol:
Lukaku, 33, Eriksen, 83
Baş hakim: Entoni Teylor (İngiltərə)
Helzenkirhen. “Veltins Arena”