00:14 05-08-2020
news_image
223
FUTBOL

“Fənərbaxça”dan gedəcək – “Lion”a

Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Luis Qustavo karyerasını Fransada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, ötən yay “Marsel”dən 6 milyon avroya transfer olunan futbolçu Liqa1-in digər klubu “Lion”a keçməyə yaxındır.

İstanbul klubu da ildə 2,7 milyon avro ödədiyi braziliyalını satmaqla maaşlarda qənaətə nail olmaqda maraqlıdır. “Lion”un 5 milyonluq transfer təklifini rədd edən “Fənərbaxça” bu rəqəmin 7-8 milyona yüksəlməsini istəyir.  

Qeyd edək ki, Qustavo “Fənərbaxça”dakı ilk mövsümündə 32 matçda 3 qol vurub.