11:17 05-08-2020
news_image
153
FUTBOL

Federiko Kyezaya rəsmi təklif – “Mançester Yunayted”dən

İngiltərənin “Mançester Yunayted” klubu italiyalı Federiko Kyezanı transfer edə bilər.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu İtaliyanın “Fiorentina” klubuna hücumameylli yarımmüdafiəçi ilə bağlı rəsmi təklif göndərib.

Mançesterlilər Kyeza üçün 55 milyon avro təklif edir. Florensiya təmsilçisinin rəhbərliyi bir müddət futbolçunu satmağa məcbur olduğunu açıqlayıb.

Qeyd edək ki, 22 yaşlı futbolçu başa çatan mövsüm A seriyasında 10 qol vurub.