12:29 05-08-2020
news_image
165
FUTBOL

PSJ yolunda – “Real”ın futbolçusu

İspaniyanın “Real” klubunun futbolçusu Xames Rodiges PSJ-yə təklif olunub.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı kolumbiyalının agenti Jorje Mendeş Fransa çempionu ilə danışıqlar aparır.

Oyunçu ilə İngiltərə təmsilçisi “Mançester Yunayted” də maraqlanır. Premyer Liqa klubu futbolçu üçün “Real”a 25 milyon avro təklif edir.

Qeyd edək ki, “Real” Xamesi 2014-cü ildə “Monako”dan 75 milyon avroya alıb. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.