13:29 05-08-2020
news_image
1823
FUTBOL

Baş məşqçi məsələsini həll etdi – “Kəpəz”

Gəncənin “Kəpəz” klubu baş məşqçisi Yaşar Vahabzadə ilə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, bunu I divizion təmsilçisinin icraçı direktoru İlqar Nadiri açıqlayıb.

Klubun mətbuat xidmətinə açıqlama verən Nadiri mütəxəssisi postunda saxladıqlarını qeyd edib: “İlk olaraq baş məşqçi məsələsini həll etmişik. Ötən mövsüm kollektivi çalışdıran Yaşar Vahabzadə ilə yeni 1 illik razılıq əldə olunub. O, qarşıdakı çempionatda da “Kəpəz”i çalışdıracaq. Vahabzadə də boş oturmur. Yeni futbolçularla danışıqlara başlayıb, heyəti formalaşdırmağa çalışır. Xüsusən də, seçimdə gənclərə üstünlük verir”.