21:16 05-08-2020
news_image
308
FUTBOL

“Sumqayıt” uduza-uduza gedir – YENİLƏNİB

Azərbaycan Premyer Liqası təmsilçilərinin yoxlama oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün “Qəbələ” və “Sumqayıt” üz-üzə gəlib.

Qarşılaşma Qəbələdə baş tutub. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Bu, Elmar Baxşıyevin yetirmələrinin hazırlıq dövründə ilk qələbəsi olub. Avropa Liqasına hazırlaşan “Sumqayıt” isə keçirdiyi 3-cü matçında da uduzub.

Qeyd edək ki, bu hər iki komandanın hazırlıq dövründə üçüncü yoxlama matçı olub. “Sumqayıt” bunadək “Neftçi” (0:3) və “Sabah”la (0:1), “Qəbələ” isə “Zirə” (0:0) və “Səbail”lə (1:2) qarşılaşıb.

Yoxlama oyunu
5 avqust
18:00. “Qəbələ” – “Sumqayıt” – 2:1
Murad Musayev, Ülvi İsgəndərov – Elvin Bədəlov