14:11 05-08-2020
news_image
195
FUTBOL

Transferə çıxarıldı – Boatenq

Almaniyanın “Bavariya” klubu Jerom Boatenqi transferə çıxarıb.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi müdafiəçi ilə bu yay vidalaşmaq niyyətindədir.

Müqaviləsi 2021-ci ilin yayında başa çatacaq futbolçu qarşıdakı mövsümü də Almaniya klubunda qalmaq niyyətindədir. Lakin klub rəhbərliyi onu azad agent statusu alana qədər satmağı planlaşdırır.

Qeyd edək ki, Boatenq 2019/20 mövsümündə bütün turnirlərdə ümumilikdə 34 oyun keçirib.