14:24 05-08-2020
news_image
545
FUTBOL

“Yaxtada təkcə gəzmirlər, həm də...” - Con Terri

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştianu Ronaldonun 6 milyon avroya yaxta almasından sonra digər məşhurlar da eyni yolla səyahətə çıxmağa başlayıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə millisinin və “Çelsi”nin sabiq kapitanı Con Terri də yaxta ilə turneyə çıxıb.

O, xanımı Toni ilə Portuqaliya sahillərində istirahət etməyi məqsədəuyğun sayıb. Hazırda “Aston Villa”da məşqçi kimi çalışan veteran məzuniyyəti barədə sosial şəbəkələrdə paylaşımları ilə diqqət çəkib. Terri qeyd edib ki, yaxtada təkcə gəzmir, həm də onu sürməyi bacarır.