
15:10
İtaliyanın “Milan” klubunun futbolçusu Cakomo Bonaventura komandanı tərk edib.
Apasport.az saytının məlumatına görə, bunu yarımmüdafiəçinin özü açıqlayıb.
“Qırmızı-qaralar”la vidalaşan Bonaventura azad agent statusu alıb. “Roma”, “Latsio”, “Torino” və “Benevento”nun maraq dairəsində olan yarımmüdafiəçi hələ qərarını verməyib.
Qeyd edək ki, Bonaventura A seriyasının son mövsümündə 32 oyunda 4 qol vurub.