11:11 06-08-2020
news_image
161
FUTBOL

“Roma” satıldı – 591 milyona

İtaliyanın “Roma” klubu satılıb.

Apasport.az saytının məlumatına görə, ABŞ-dan olan milyarder Dan Friedkin A seriyası təmsilçisini 591 milyon avroya alıb.

Bunu paytaxt təmsilçisinin özü açıqlayıb. Bildirilir ki, klub milyarderə məxsus “The Friedkin Group”'a satılıb.

Qeyd edək ki, 1927-ci ildə yaradılan “Roma” üçqat ölkə çempionu, kubokun 9 qat, Superkubokun 2 qat qalibidir.