11:45 06-08-2020
news_image
333
FUTBOL

“Mehdi Hüseynzadə”də yeniliklər - FOTOSESSİYA

Yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda bir sıra yeniliklər ediləcək.

Apasport.az saytının məlumatına görə, 15 minə yaxın tamaşaçı tutumu olacaq stadion modern üslubda olmaqla yanaşı, şəhər memarlığına da böyük töhfə verəcək. 

Stadionun yeni dizaynında eksteryer tərtibata da diqqət yetiriləcək.

Arenanın qarşısında nerjeveyka materialdan hazırlanmış iki futbolçunun mübarizə formatlı heykəl-hərəkətli fəvvarə kompleksi də ucaldılacaq. Bu fəvvarə dünya futbolundakı "Braziliya dalğası"nı xatırladacaq. Bununla yanaşı, stadion ərazisində müxtəlif idmançı heykəlləri də qoyulacaq.