01:00 07-08-2020
news_image
455
FUTBOL

1/8 finala yekun vuruldu - Avropa Liqasında

Avropa Liqasında 1/8 final mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası ilə bağlı fasilədən sonrakı ikinci oyun günündə 4 matç keçirilib.

İlk oyunu baş tutmadığından Almaniyadakı tək matçda münasibətlərini ayırd edən “Sevilya” və “Roma”nın duelində ispaniyalılar sevinib. İki cavabsız qol vuran “Sevilya” 1/4 finala yüksəlib.

Digər üç cütdə cavab qarşılaşmaları keçirilib. “Bayer” Almaniyadakı final mərhələsinə vəsiqə qazanıb. Leverkuzen təmsilçisi “Reyncers”i ikinci dəfə məğlubiyyətə uğradıb.

Frankfurtda “Ayntraxt”ı darmadağın edən “Bazel” evdə möcüzəyə imkan verməyib. İsveçrəlilər cavab qarşılaşmasında da qələbə qazanıblar.

Beş ay əvvəlki ilk oyunda sülhlə ayrılan “Vulverhempton” və “Olimpiakos”un duelində meydan sahibləri sevinib. Penaltidən vurulan qol İngiltərə klubuna qələbə qazandırıb.

Qeyd edək ki, 1/8 final oyunları avqustun 5-də keçirilən 4 matçla bərpa olunub.

Avropa Liqası
1/8 final
6 avqust

Cavab oyunları
20:55. “Bayer” (Almaniya) - “Reyncers” (Şotlandiya) - 1:0
Qol:
Diabi, 51
Baş hakim: Danni Makkelle (Niderland)
Leverkuzen. “Bayer Arena)
İlk oyun – 3:1

23:00. “Bazel” (İsveçrə) - “Ayntraxt” (Almaniya) - 1:0
Qol:
Frey, 88
Baş hakim: Antonio Migel Mateu Lahoz (İspaniya)
Bazel. “Sent Yakob Park”
İlk oyun – 3:0

23:00. “Vulverhempton” (İngiltərə) - “Olimpiakos” (Yunanıstan) - 1:0
Qol:
Ximenes, 8 (pen)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Vulverhempton. “Molinyo” stadionu
İlk oyun – 1:1

Tək oyunlu cüt
20:55. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) - 2:0
Qollar:
Reqilon, 22, En Nesiri, 44
Baş hakim: Byorn Kuypers (Niderland)
Duysburq. MSV Arena