
17:54
Xorvatiya millisinin sabiq futbolçusu Mario Mancukiç karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, Qətərin “Əl-Duhail” klubunun hücumçusu A seriyasına qayıdacağı gözlənilir.
Balkanlı forvard “Fiorentina”nın maraq dairəsindədir. Florensiya təmsilçisinin baş məşqçisi Cüzeppe Yakini sərəncamında Frank Riberi – Mario Mancukiç cütünü görmək niyyətindədir. Onlar əvvəl “Bavariya”da da çiyin-çiyinə çıxış edib.
Qeyd edək ki, 34 yaşlı forvard A seriyasında “Yuventus”un formasını geyinib. O, 2015-20-ci illərdə Turin klubunda oynayıb.