23:20 06-08-2020
news_image
128
FUTBOL

“Liverpul”a buraxmadı - Camal Lüisi

İngiltərənin “Liverpul” klubu heyətinə qatmaq istədiyi Camal Lüisin transferini reallaşdıra bilməyib.

Apasport.az saytının məlumatına görə, buna sol cinah müdafiəçisinin müqavilə ilə məxsus olduğu “Norviç”in qərarı səbəb olub.

“Liverpul” Premyer Liqanı tərk edərək Çempionşipə yuvarlanan kluba 10 milyon funt sterlinq təklif edib. Lakin “Norviç” 22 yaşlı futbolçusunu satmağa razılaşmayıb.