23:32 06-08-2020
news_image
100
FUTBOL

“Union”la anlaşdı - “Fənərbaxça”nın sabiq futbolçusu

İki ay öncə Türkiyənin “Fənərbaxça” klubundan ayrılan Maks Kruzenin yeni komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin sabiq hücumçusu karyerasını vətənində davam etdirəcək.

32 yaşlı futbolçu “Union”la müqavilə imzalayıb. O, Bundesliqa klubuna azad agent kimi keçib.

Qeyd edək ki, 2013-15-ci illərdə Almaniya yığmasında oynamış hücumçu “Verder”, “Volfsburq”, “Frayburq” və Mönhenqladbax “Borussiya”sında da forma geyinib.