23:45 06-08-2020
news_image
136
FUTBOL

“Roma” uduzdu- “Latsio” sevindi

İtaliya A seriyasında 4-cü yeri tutan “Latsio”nun Çempionlar Liqasının 2020/21 mövsümündə iştirakı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, buna Romanın digər komandasının uğursuzluğu səbəb olub.

“Roma” Avropa Liqasının 1/8 finalında “Sevilya”ya uduzaraq mübarizəni dayandırıb. Paytaxtın eyniadlı təmsilçisinin üzüntüsü “Latsio”nun qorxusunun üzərindən xətt çəkib.

Məsələ ondadır ki, əgər İtaliya A seriyasında ilk dörd pillədən aşağıdakı yeri tutan “Napoli” Çempionlar Liqasının, “Roma” Avropa Liqasının qalibi adını qazana bilərdi. İnandırıcı olmasa da, nəzəri cəhətdən mümkün bu variantda hər iki kubok sahibi qitənin ən nüfuzlu klub turnirinə vəsiqə əldə edəcəkdi. Eyni ölkədən 5-dən artıq komanda bu turnirə buraxılmadığından “Latsio” kənarda qalacaqdı. “Roma”nın büdrəməsi ilə bu təhlükə sovuşub və bu səbəbdən üzüntüsü “Latsio”ya sevinc bəxş edib.