01:44 07-08-2020
news_image
185
FUTBOL

Rekord təkrarlandı – Premyer Liqada

İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Raul Ximenes cari mövsümdə “qol+ötürmə” sistemi ilə topladığı xal sayını 37-yə çatdırıb.

Apasport.az saytının məlumatına görə, meksikalı hücumçu Avropa Liqasının “Olimpiakos”la 1/8 final mərhələsinin cavab oyununda penaltidən dəqiq istifadə edib.

Bu, Ximenesin mövsümdə bütün turnirlərdə üst-üstə 27-ci qolu olub. Onun aktivində 10 məhsuldar ötürmə də var.

Şimali amerikalı bununla İngiltərə Premyer Liqası klublarının cari mövsüm üçün rekordunu təkrarlayıb. O, “Mançester Siti”nin ulduzu Kevin de Breyneyə çatıb.