11:11 07-08-2020
news_image

İslamiadanın qalibi öldürüldü

İnquşetiyanın Nazran şəhərində anti-terror əməliyyatı zamanı öldürülənlərdən birinin kimliyi bilinib.

Lent.az -ın yerli KİV-ə istinadən məlumatına görə, bu, 25 yaşlı Müslim Yevloyevdir.

Yevloyev 2015-ci ildən Qırğızıstanın güləş üzrə yığma komandasının üzvü olub.

O, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının, Yaşar Doğu kubokunun qalibi adına yiyələnib. Yevloyev həm də güləş üzrə Asiya çempionudur.