12:18 07-08-2020
news_image
1849
FUTBOL

“Cırtdanlar” başlayır - “Qarabağ” gözləyir

Sabah avrokuboklarda yeni mövsümə start veriləcək.

Apasport.az saytının məlumatına görə, 2020/21 mövsümü Çempionlar Liqasının ilkin mərhələsi ilə başlayacaq.

Qitənin 4 ən aşağı reytinqli ölkəsinin çempionları I təsnifat mərhələsinə yeganə vəsiqə uğrunda mübarizə aparacaq. “Cırtdanlar” İsveçrənin Nyon şəhərindəki Kolovre İdman Mərkəzində münasibətlərini aydınlaşdıracaq.

Yarımfinal oyunlarında “Tre Fiori” (San Marino) ilə “Linfild” (Şimali İrlandiya), “Drita” (Kosovo) ilə “İnter” (Andorra) üz-üzə gələcək. Avqustun 11-də isə cütlərin qalibləri arasında final matçı baş tutacaq.

I təsnifat mərhələsinin avqustun 9-da keçiriləcək püşkatması zamanı ilkin mərhələnin qalibi səpələnməmişlər səbətində yer alacaq. Həmin vaxt artıq final cütlüyü bəlli olacaq.

Azərbaycan çempionu “Qarabağ” mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Təmsilçimiz püşk zamanı səpələnmişlərdən olacaq. İlkin mərhələnin qalibi də Ağdam klubuna rəqib ola bilər.

Yarımfinal
8 avqust

17:00. “Tre Fiori” (San Marino) – “Linfild” (Şimali İrlandiya)
20:00. “Drita” (Kosovo) – “İnter” (Andorra)

Final
11 avqust

20:00. “Drita” (Kosovo) – “İnter” (Andorra) cütünün qalibi - “Tre Fiori” (San Marino) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi