13:10 07-08-2020
news_image
209
FUTBOL

Dünya futbolunun ən titulluları - SİYAHI

Dünyanın ən titullu klublarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ qatıldığı mötəbər yarışlarda ən çox qalib adına yiyələnən 15 klub daxil edilib.

Siyahıya Şotlandiya klubları başçılıq edir. 54 dəfə ölkə çempionu olan “Reyncers”in ümumilikdə 115 titulu var. Qlazqonun digər nəhəngi “Seltik”in uğurlarının sayı 110-a bərabərdir. Misir təmsilçisi “Əl-Əhli” də “100”ü arxada qoyub.

1. “Reyncers” (Şotlandiya) – 115
2. “Seltik” (Şotlandiya) – 110
3. “Əl-Əhli” (Misir) – 107
4. “Real” (İspaniya) – 90
5. “Barselona” (İspaniya) - 89
6. “Benfika” (Portuqaliya) – 83
7. “Əl-Faysal” (İordaniya) – 80
8. “Porto” (Portuqaliya) – 78
9. “Olimpiakos” (Yunanıstan) – 76
10. “Bavariya” (Almaniya) – 74
11. “Yuventus” (İtaliya) – 67
12. “Mançester Yunayted (İngiltərə) – 66
13-14. “Ayaks” (Niderland) – 64
“Anderlext” (Belçika) – 64
15. “Liverpul” - 63