14:49 07-08-2020
news_image
115
FUTBOL

Rəmzi komanda açıqlandı – Avropa Liqasında

Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 1/8 final oyunlarına əsasən tərtib olunan “11-lik”də “Şaxtyor”la “Sevilya” daha çox – hərəyə üç futbolçu ilə təmsil olunub.

“Kopenhagen”in iki üzvü rəmzi komandaya layiq görülüb. “Vulverhempton”, “Mançester Yunayted” və “Bayer”in bir futbolçusu bu heyətdə yer alıb.

Qapıçı: Rui Patrisio (Vulverhempton);

Müdafiəçilər: Dodo (Şaxtyor), Edmond Tapsoba (Bayer), Nikolay Matviyenko (Şaxtyor), Serxio Reqilon (Sevilya);

Yarımmüdafiəçilər: Xesus Navas (Sevilya), Xuan Mata (Mançester Yunayted), Ever BaneQa (Sevilya), Rasmus Falk (Kopenhagen);

Hücumçular: Junior Moraes (Şaxtyor),  Yonas Vind (kopenhagen).