15:47 07-08-2020
news_image
192
FUTBOL

Qazaxıstan yığmasının sabiq futbolçusu “Sumqayıt”da

Yeni mövsüm ərəfəsində transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə yeni legioner qatıb.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasında çıxış edəcək “Gənclik şəhəri” təmsilçisi qazaxıstanlı Kərəm Sultanovla anlaşıb.

24 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb. Hazırda klub rəhbərliyi koronavirusla bağlı məhdudiyyətlər üzündən ölkəmizə gəlişində problem yaranan legionerin komandaya qoşulması üçün çalışır.

“Ordabası”, “Bayterek”, “Kızıl-Jar”, “Kaspi” klublarda çıxış etmiş Sultanov Premyer Liqada cəmi 24 oyun keçirib. O, vaxtilə Qazaxıstanın U-21 yığmasında da oynayıb. Kərəm bu ölkənin əsas yığmasının sabiq üzvü Muxtar Muxtarovun kiçik qardaşıdır.