
12:09
Bakının “Səbail” klubu Eriko da Silva ilə yollarını ayırıb.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bunu feysbuk səhifəsində açıqlayıb.
Bununla da braziliyalı müdafiəçinin “Səbail”dən gedişi rəsmiləşib.
Qeyd edək ki, ötən yay transfer olunan Eriko 2019/20 mövsümündə Premyer Liqada 8 oyunda 1 qol vurub.