20:07 07-08-2020
news_image
142
FUTBOL

Klotsun keçidini rəsmiləşdirdi - “Keşlə”

Bakının “Keşlə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az saytının klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, ukraynalı futbolçu Dmitri Klots ilə müqaviləni rəsmiləşdirib.

24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Klots karyerası ərzində yalnız Ukraynanın “Karpatı” klubunda çıxış edib. O, 5 il ərzində Ukrayna Premyer Liqası çərçivəsində 106 oyun keçirib və 1 qol vurub.