21:02 07-08-2020
news_image
404
FUTBOL

Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verildi - RƏSMİ

Avqustun 10-dan açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verilib. 

Apasport.az saytının məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. 

Sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqustun 10-u saat 00.00-dan etibarən açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verildiyi də əksini tapıb. 

Bu isə o deməkdir ki, futbol üzrə Azərbaycan Premyer Liqası planlaşdırılan kimi, avqustun 21-də başlaya bilər və klublarımız avrokubok matçlarını paytaxtda keçirə bilərlər.