22:03 07-08-2020
news_image
229
FUTBOL

“Zenit” Rusiyada titul qoymadı – çempionat, kubok, Superkubok

Rusiya Superkubokunun qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Moskvadakı “VOB Arena”da baş tutan matçda çempion və kubokun qalibi olan “Zenit” Premyer Liqanın gümüş mükafatçısı “Lokomotiv”i sınağa çəkib.

Sankt-Peterburq təmsilçisi bu görüşdə də qalib gəlib – 2:1. Mövsümdə 3-cü titulunu qazanan “Zenit” “tripl”ə imza atıb.

8-ci dəfə Superkubokda oynayan sankt-peterburqlular 2008, 2011, 2015 və 2016-cı illərdə olduğu kimi mükafata yiyələnərək yarışın 5 qat qalibi olub. “Lokomotiv” isə 8-ci cəhdində 5-ci məğlubiyyətini alıb.

Rusiya Superkuboku
7 avqust
“Zenit” – “Lokomotiv” – 2:1

Dzyuba, 14, Ozdoyev, 69 – Çorluka, 77