22:34 07-08-2020
news_image
119
FUTBOL

Həftənin ən yaxşısı müəyyənləşdi – Avropa Liqasında

Avropa Liqasında həftənin oyunçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İspaniyanın “Sevilya” klubunun futbolçusu Serxio Reqilon 1/8 final mərhələsinin dünənki matçlarının ən yaxşısı seçilib.

“Roma” ilə görüşdə (2:0) bir qol vuran futbolçu digər namizədləri arxada qoyub.

Qeyd edək ki, bu ada digər namizədlər  Rui Patrisio (“Vulverhempton”), Yonas Vind (“Kopenhagen”) və Junior Moraesdir (“Şaxtyor”) idi.