
01:55
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Rahim Sterlinq “şəhərlilər”in heyətində 100-cü qolunu vurub.
Apasport.az saytının məlumatına görə, yubiley topu Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la evdəki cavab matçına təsadüf edib.
Hazırda davam edən görüşdə hesabı açan 25 yaşlı futbolçunun 100-cü qolu Çempionlar Liqasında rəqib qapısından keçirdiyi 20-ci topdur. Sterlinq son 39 ildə “Mançester Siti”də 100 qol səddini aşan ilk futbolçudur. Mançesterlilərin heyətində bunu bacaran sonuncu futbolçu 1981-ci ildə 100-ü fəth edib.