10:42 08-08-2020
news_image
463
FUTBOL

Azərbaycan klublarının gözü Nyonda

İki gün ərzində Avropanın diqqətləri İsveçrənin Nyon şəhərinə yönələcək.

Apasport.az saytının məlumatına görə, avqustun 9-10-da UEFA-nın mənzil qərargahında avrokubokların yeni mövsümünün püşkatmaları keçiriləcək.

Sabah iki püşk gerçəkləşəcək. Çempionlar Liqasında I təsnifat mərhələsinin cütləri bəlli olacaq. Azərbaycan çempionu “Qarabağ”ın da ilk rəqibi bilinəcək. Ümumilikdə isə 33 klub və ilkin mərhələnin qalibi 17 cütlük təşkil edəcək. Ağdam klubu püşk zamanı səpələnmişlərdən biri olacaq.

Avropa Liqasında isə ilkin mərhələnin püşkü atılacaq. Qitənin ən aşağı reytinqli ölkələrinin 16 komandası püşklə 8 cütü müəyyənləşdirəcək.

Ertəsi gün – avqustun 10-da daha iki püşk keçiriləcək. Çempionlar Liqasının II təsnifat mərhələsində 17 cüt və yarışa birbaşa qoşulacaq 3 klub iştirak edəcək. Onlar 10 cütlük təşkil etməlidir. “Qarabağ”ın yer aldığı cüt püşkə səpələnmişlərdən biri kimi qatılacaq.

Həmçinin, Çempionlar Liqasında öz ölkəsinin çempionu olmayan 6 klub da püşkatmaya qatılacaq. Onlar öz yolunda 3 cütdə üz-üzə gələcək. Türkiyənin “Beşiktaş” klubu da rəqibini tanıyacaq.

Avropa Liqasında I təsnifat mərhələsində daha çox komanda püşkü gözləyir. Burada 86 klub və ilkin mərhələnin 8 cütü iştirak edəcək. Azərbaycan klubları “Neftçi”, “Keşlə” və “Sumqayıt” da rəqibini tanıyacaq. Sonuncular səpələnməmişlərdən olduğu üçün nisbətən güclü rəqiblə qarşılaşmaq məcburiyyətindədir. Bakı klubları isə səpələnmişlər sırasında yer alıb və bu üzdən onları asan sınaq gözləməlidir.

Çempionlar Liqası
2020/21 mövsümü

I təsnifat mərhələsi
Səpələnmişlər

“Seltik” (Şotlandiya)
“Astana” (Qazaxıstan)
“Lüdoqorets” (Bolqarıstan)
“Srvena Zvezda” (Serbiya)
“Qarabağ” (Azərbaycan)
“Legiya” (Polşa)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Molde” (Norveç)
“Şerif” (Moldova)
“Ferensvaroş” (Macarıstan)
“Dandolk” (İrlandiya)
“Slovan” (Slovakiya)
“Suduva” (Litva)
“Omoniya” (Kipr)
ÇFR (Rumıniya)
“Sarayevo” (Bosniya və Herseqovina)
“Dinamo” (Tbilisi, Gürcüstan)
Səpələnməmişlər
"Fola" (Lüksemburq)
"Yurqorden" (İsveç)
“Buduçnost” (Monteneqro)
“Flora” (Estoniya)
“Dinamo” (Brest, Belarus)
“Riqa” (Latviya)
“Konnah” (Uels)
“Klaksvik” (Farer adaları)
“Europa” (Cəbəllütariq)
"Çelye" (Sloveniya)
“KuPS” (Finlandiya)
“Ararat” (Ermənistan)
“Reykyavik” (İslandiya)
"Tirana" (Albaniya)
“Sileks” (Şimali Makedoniya)
“Floriana” (Malta)
İlkin mərhələnin qalibi

II təsnifat mərhələsi
Çempionlar yolu
Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya)
“Yanq Boyz” (İsveçrə)
“Seltik”in (Şotlandiya) cütü
“Astana”nın (Qazaxıstan) cütü
“Lüdoqorets”in (Bolqarıstan) cütü
“Srvena Zvezda”nın (Serbiya) cütü
“Qarabağ”ın (Azərbaycan) cütü
“Legiya”nın (Polşa) cütü
“Makkabi”nin (Təl-Əviv, İsrail) cütü
“Molde”nin (Norveç) cütü
Səpələnməmişlər
“Midtülland” (Danimarka)
“Şerif”in (Moldova) cütü
“Ferensvaroş”un (Macarıstan) cütü
“Dandolk”un (İrlandiya) cütü
“Slovan”ın (Slovakiya) cütü
“Suduva”nın (Litva) cütü
“Omoniya”nın (Kipr) cütü
ÇFR-in (Rumıniya) cütü
“Sarayevo”nun (Bosniya və Herseqovina) cütü
“Dinamo”nun (Tbilisi, Gürcüstan) cütü

Qeyri-çempionlar yolu
Səpələnmişlər
“Beşiktaş” (Türkiyə)
“Viktoriya” (Çexiya)
“Rapid” (Vyana, Avstriya)
Səpələnməmişlər
PAOK (Yunanıstan)
“Alkmaar” (Niderland)
“Lokomotiv” (Zaqreb, Xorvatiya)

Avropa Liqası
2020/21 mövsümü

İlkin mərhələ
Səpələnmişlər

“Linkoln” (Cəbəllütariq) 
“Santa Koloma” (Andorra) 
B-36 (Farer adaları) 
“La Fiorita” (San-Marino)
“Tre Penne” (San-Marino) 
“Runavik” (Farer adaları) 
“Torshavn” (Farer adaları) 
“Enqordan” (Andorra) 
Səpələnməmişlər
“Cent Cozefs” (Cəbəllütariq)
“Priştina” (Kosovo)
“Zeta” (Monteneqro)
“Kolreyn” (Şimali İrlandiya)
“Barri Taun” (Uels)
“Qlentoran” (Şimali İrlandiya)
“İskra” (Monteneqro)
“Qjilani” (Kosovo)

I təsnifat mərhələsi
Səpələnmişlər

APOEL (Kipr)
“Partizan” (Serbiya)
"Styaua" (Rumıniya)
"Maribor" (Sloveniya)
"Hapoel" (Beer-Şeva, İsrail)
“Rusenborq” (Norveç)
“Apollon” (Kipr) 
“Fehervar” (Macarıstan) 
“Şkendiya” (Şimali Makedoniya)
TNS (Uels) 
“Dinamo” (Minsk, Belarus) 
"Lex" (Polşa)
"Aberdin" (Şotlandiya)
“Zrinski” (Bosniya və Herseqovina)
"Alaşkert" (Ermənistan)
“Kayrat” (Qazaxıstan) 
“Jalgiris” (Vilnüs, Litva) 
“Orxus” (Danimarka)
“Motervell” (Şotlandiya) 
"Kukesi" (Albaniya)
“Vaduts” (Lixtenşteyn) 
“Valletta” (Malta)
“Ventspils” (Latviya)
"Olimpiya" (Sloveniya)
“Linkoln”un (Cəbəllütariq) cütü
“Topola” (Serbiya) 
“Universitatya” (Rumıniya)
“Servett” (İsveçrə)
“Nomme Kalyu” (Estoniya) 
“Şaxtyor” (Belarus)
“Malmö” (İsveç)
“Hammarbü” (İsveç) 
“Hafnarfyordur” (İslandiya) 
"Bodo Qlimt" (Norveç)
“Santa Koloma”nın (Andorra) cütü
“Riterlay” (Litva) 
“Proqress” (Lüksemburq)
MOİK (Bolqarıstan)
"Sutyeska" (Monteneqro)
“Honved” (Macarıstan) 
“Makkabi” (Hayfa, İsrail)
"Beytar" (İsrail)
“Ordabası” (Qazaxıstan) 
“Neftçi” (Azərbaycan) 
“Şemrok Rovers” (İrlandiya)
B-36-nın (Farer adaları) cütü 
“Keşlə” (Azərbaycan)
Səpələnməmişlər
“Sumqayıt” (Azərbaycan)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan)
"Slaviya" (Bolqarıstan)
"Botoşani" (Rumıniya)
"Pyast" (Polşa)
“Levadiya” (Estoniya)
“Krakoviya” (Polşa)
“Hibernians” (Malta) 
"Dunayska" (Slovakiya)
"Rujomberok" (Slovakiya)
"Jilina" (Slovakiya)
“Jelezniçar” (Bosniya və Herseqovina)
"Laçi" (Albaniya)
"Mura" (Sloveniya)
“Puşkaş Akademi” (Macarıstan)
“Saburtalo” (Gürcüstan) 
“Tre Penne”nin (San-Marino) cütü
“Runavik”in (Farer adaları) cütü
“Torshavn”ın (Farer adaları) cütü
“Şkupi” (Şimali Makedoniya)
“Petrokub” (Moldova) 
“Enqordan”ın (Andorra) cütü
“La Fiorita”nın (San-Marino) cütü
“Union” (Lüksemburq) 
“Differdanj” (Lüksemburq) 
“Jalgiris” (Kauno, Litva)
RFS (Latviya) 
“Valmiera” (Latviya)
"Noa" (Ermənistan)
“Teuta” (Şimali Makedoniya)
"Şirak" (Ermənistan)
“Renova” (Şimali Makedoniya)
“Borats” (Bosniya və Herseqovina)
“Sfantul” (Moldova) 
“Dinamo-Avto” (Moldova)
“Bohemians” (İrlandiya)
“Derri” (İrlandiya) 
“İnter” (Finlandiya) 
“İlves” (Finlandiya) 
“Honka” (Finlandiya) 
“Breydablik” (İslandiya) 
“Bala Taun” (Uels) 
“Dinamo” (Batumi, Gürcüstan) 
“Lokomotivi” (Gürcüstan) 
“Sirens” (Malta) 
“Vikinqur” (İslandiya)
“Payde” (Estoniya)