10:57 08-08-2020
news_image
73
FUTBOL

PSJ-nin almaq istədiyi müdafiəçi bəlli oldu - Şkrinyar

Fransanın PSJ klubu mövsümlərarası fasilədə heyətində görmək istədiyi müdafiəçini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Liqa1-in çempionu Milan Şkrinyarı transfer etmək istəyir.

İtaliya “İnter”inin slovakiyalı müdafiəçisi parislilərin heyətində sabiq kapitan Tyaqo Silvanı əvəzləməlidir. Şkrinyarın taleyi isə milanlıların baş məşqçisi Antonio Kontedən asılıdır.

Əgər mütəxəssis postunda qalsa, onunla fikir ayrılığında olan Şkrinyar klubdan gedəcək. Konte vəzifəsindən getsə, müdafiəçini “İnter”də də her şey qane edir.

Qeyd edək ki, Şkrinyarı “Mançester Siti”, “Mançester Yunayted” və “Tottenhem” də heyətində görmək istəyir.