12:42 08-08-2020
news_image
137
FUTBOL

“Liverpul”un futbolçusuna daha bir müştəri

İngiltərənin “Liverpul” klubunun futbolçusu Harri Uilsonu heyətində görmək istəyən daha bir komandanın adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi “Sauthempton” da orta sahəsini gücləndirmək üçün futbolçunun xidmətində maraqlıdır.

Bunadək Uilsona “Lids” də müştəri düşüb. Bu klublardan biri onun transferi üçün 17,5 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, Harri ötən mövsümü icarə əsasında “Bornmut”da keçirib.