13:59 08-08-2020
news_image
133
FUTBOL

“Milan” yarımmüdafiəçi alır – “Arsenal”dan

Koronavirus pandemiyası ilə bağlı fasilədən sonra daha yaxşı çıxış edən İtaliya “Milan”ı yeni mövsüm üçün heyətini daha da gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə. A seriyası təmsilçisi Lukas Torreyranın transferində maraqlıdır.

Klub rəhbərliyi İngiltərə “Arsenal”ının yarımmüdafiəçisinin komandaya faydalı olacağını düşünür. Futbolçunun özü də London təmsilçisinin ayrılmaq istədiyini açıqlayıb.

Qeyd edək ki, müqaviləsi 2023-cü ilin mayında başa çatacaq yarımmüdafiəçinin transfer məbləği 23 milyon avro ilə dəyərləndirilir.