15:11 08-08-2020
news_image
257
FUTBOL

648 günə 15 qələbə, 21 məğlubiyyət – Tərlan Əhmədov

Bakının “Keşlə” klubundakı fəaliyyəti başa çatan Tərlan Əhmədov komandanı 46 oyuna çıxarıb.

Apasport.az saytının məlumatına görə, 2018-ci il oktyabrın 30-da baş məşqçi təyin olunan postunda 648 gün qalıb.

O, Premyer Liqanın həm 2018/19, həm 2019/20 mövsümlərində 20 matçda komandaya rəhbərlik edib. 40 çempionat oyununda onun yetirmələri 13 qələbə, 9 heç-heçə və 18 məğlubiyyət yaşayıb. Top fərqi 49-54 olub. “Keşlə” onunla ümumilikdə 48 xal toplayıb.

Əhmədovla 6 kubok qarşılaşmasında 2 qələbəsi olan “Keşlə” 1 heç-heçə və 3 məğlubiyyət görüb. Top fərqi isə 8-7 olub.

Ümumilikdə 46 görüşdə 15 dəfə qələbəyə sevinən mütəxəssis 10 heç-heçə görüb və 21 dəfə məğlubiyyət acısı dadıb. Onun yetirmələri 57 qol vurubsa, 61-ni buraxıb.

Qeyd edək ki, “Keşlə” bu müddətdə Azərbaycan Premyer Liqasının bürünc medalına yiyələnib.