23:21 08-08-2020
news_image
163
FUTBOL

“Milan” Bakayoko ilə anlaşdı – “Çelsi” isə qiymət “oxuyur”

İtaliyanın “Milan” klubu İngiltərə “Çelsi”sinin yarımmüdafiəçisi Temue Bakayokonu transfer etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi 25 yaşlı futbolçunun özü ilə anlaşıb.

Keçid baş tutsa, Bakayoko ildə 3 milyon avro qazanacaq. Milanlılar İngiltərə “Çelsi”sinə 15 milyon avro ödəməyə hazırdır. Premyer Liqa klubu isə oyunçusu üçün 20 milyon istəyir.

Qeyd edək ki, Bakayoko 2018/19 mövsümündə icarə əsasında “Milan”da oynayıb.