23:42 08-08-2020
news_image
170
FUTBOL

Filip Lamin rekordunu təkrarladı – Müller

Almaniyanın “Bavariya” klubunun futbolçusu Tomas Müller Çempionlar Liqasında 112-ci oyuna çıxıb.

Apasport.az saytının məlumatına görə, bu, 1/8 finalın “Çelsi” ilə hazırda davam edən matçına təsadüf edib.

Tomas bununla da qitənin ən nüfuzlu klub turnirində ən çox oyun keçirən almaniyalı adına şərik çıxıb. O, sabiq komanda yoldaşı Filip Lamın rekordunu təkrarlayıb.