12:08 09-08-2020
news_image
172
FUTBOL

Üç futbolçudan imtina edir - Pirlo

İtaliyanın “Yuventus” klubunun yeni baş məşqçisi Andrea Pirlo komandada islahatlar aparacaq.

Apasport.az saytının məlumatına görə, yeni çalışdırıcı bir sıra təcrübəli futbolçuların xidmətindən imtina edəcək.

Bunlardan üçünün adı bəllidir. Pirlo hücumçu Qonsalo İquayn və yarımmüdafiəçilər Sami Xedira ilə Duqlas Kostanın göndərilməsini istəyir.

Bir gün öncə baş məşqçi təyin olunan italiyalı komandaya iki yeni futbolçu alınmasını tələb edib. O, mərkəz hücumçusu və yarımmüdafiəçiyə ehtiyac olduğunu klub rəhbərliyinə çatdırıb.

Qeyd edək ki, Pirlo baş məşqçi postunda Maurisio Sarrini əvəzləyib.