13:43 09-08-2020
news_image
149
FUTBOL

“Tottenhem”dən gedir – 12 milyona

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Kayl Uoker-Piters komandasını dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, müdafiəçi karyerasını Premyer Liqanın digər klubunda davam etdirə bilər.

23 yaşlı futbolçunun özü “Sauthempton”a keçməyə razılıq verib. Sonuncular Kaylın keçidinin rəsmiləşməsi üçün onun klubuna 12 milyon funt sterlinq ödəməyə hazırdır.

“Tottenhem” də onun yerinə yeni oyunçu axtarır. Londonlular müdafiənin sağ cinahına futbolçu almağı planlaşdırır.